Paşinyan Simonyanı danlayıb | VİDEO

   Paşinyan Simonyanı danlayıb    | VİDEO
  13 Noyabr 2025    Oxunub:507
Bu gün Ermənistan parlamentində baş nazir Nikol Paşinyanla spiker Alen Simonyan arasında eksses yaşanıb.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin 2026-cı il dövlət büdcəsinin müzakirəsi üçün iclasa başlamaq üçün kvorum olmadığına görə baş nazir Nikol Paşinyan qıcıqlanaraq noutbukunun qapağını çırpıb və parlamentin sədri Alen Simonyanı danlayıb.

Simonyan blogerləri hədəfə alıb
“Nəticədə hakim fraksiyadan lazımi sayda deputat olmadığından iclas 20 dəqiqə təxirə salınıb”, - erməni mediası yazır.

Xatırladaq ki, bundan əvəvl Ermənistan parlamentinin şikayəti əsasında ölkənin hüquq-mühafizə orqanları blogerlər Narek Samsonyan və Vazgen Saqatelyanın ofislərində və evlərində axtarışlar həyata keçirdikdən sonra onları İstintaq Komitəsinə aparıblar.



Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   Simonyan   danlaq  



Xəbər lenti